Ferdi Tayfurun dəfnində qalmaqal: Söyüş söydülər, mübahisə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Ferdi Tayfurun dəfnində qalmaqal: Söyüş söydülər, mübahisə etdilər

Şou

04 Yanvar 2025 21:09 533


79 yaşında dünyasını dəyişən məşhur türkiyəli sənətçi Ferdi Tayfurun dekabrın 4-də dəfn mərasimi baş tutub.

Mərasimə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, İstanbul valisi Davud Gül və çox sayda siyasi və məşhur adlar da qatılıb.

Lakin mərasim zamanı qalmaqal yaşanıb. Toyuqlu pizza

Yenisabah.az xəbər verir ki, Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Tayfurun küsülü olduğu qızı Tuğçe Tayfur ilə atasının həm qardaşı oğlu, həm də meneceri olan Şirin Gözalıcı arasında tabutun başında mübahisə baş verib.

"Sən bura gəlməyəcəksən. Sənin üzündən öldü", - deyə Gözalıcı Tuğçe Tayfura qışqırıb.

Qadın ağlamağa başlayıb.

Bununla bağlı yayılan videogörüntülərdə Tuğçe ilə Şirinin bir-birilərinə söyüş söydüyü kadrlar əks olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!