Türkiyənin məşhur müğənnisi Fərdi Tayfura böyrək nəqli məsləhət görülüb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2018-ci ildə böyrək çatışmazlığı diaqnozu qoyulan ifaçının vəziyyəti ciddiləşib. İllərdir həftədə bir dəfə dializ aparatı vasitəsilə müalicə olunan F.Tayfura həkimlər yeni böyrək köçürülməsini məsləhət görüblər.
Sənətçi qatıldığı radio verilişində hələ ki, əməliyyata qərar vermədiyini açıqlayıb: “Təzyiqim düşdü, dərhal xəstəxanaya apardılar. Xəstəliyim ciddiləşib. Həkimlər böyrək nəqlini məsləhət gördü. Dializə bağlı yaşayıram, hələ ki, əməliyyatı düşünməmişəm”. Sezar pizza
Telegram kanalımız