Fərdi yaşayış evində toy edənlər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Fərdi yaşayış evində toy edənlər cərimələndi

Kriminal

09 Aprel 2021 16:23 1204


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən  tədbirlərlə rayonun Tülü kəndində yerləşən fərdi yaşayış evində  toy mərasiminin keçirildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana baxış keçirən zaman insanların kütləvi şəkildə toplaşdığını, sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulduğunu aşkar  ediblər. 

Toy mərasimini təşkil edən ev sahibləri və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!