Fərəc Quliyev qayıdır - Təkrar seçkiyə qatılacaq

saytların hazırlanması

Evə çatdırılma

Fərəc Quliyev qayıdır - Təkrar seçkiyə qatılacaq

Siyasət

23 Fevral 2020 14:53 1682


"Mehman Hüseynovun haqqımda hazırladığı materialın montaj olduğunu etiraf etməsindən sonra ictimai rəydə imicimi zədələyən məsələlər aradan qalxdı. İndi daha ciddi şəkildə, hətta bir qədər üstün vəziyyətdə seçkiyə girmək imkanlarım yaranıb və bundan istifadə edəcəyəm". "Yeni Sabah" xəbər verir ki, bunu 32 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin hazırki deputatı Fərəc Quliyev deyib. O bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri etibarsız hesab olunan 4 dairədən birində təkrar seçkilərə qatılacaq: "Təkrar seçkiyə özümün də, partiyamızın digər üzvlərinin də qatılmasında maraqlıyam. Əhval-ruhiyyəmiz bundan ibarətdir. Hələlik hansı dairədən namizədliyimi irəli sürəcəyimi müəyyənləşdirməmişəm. Ancaq nəticələri etibarsız hesab olunan dairələrdə çox güclü rayon təşkilatlarımız mövcuddur. Bu məsələni partiyada müzakirə etdikdən sonra müvafiq qərarımızı elan edəcəyik. O zaman hansı dairədən namizədliyimi irəli sürəcəyim bəlli olacaq". Qeyd edək ki, Fərəc Quliyev 9 fevral tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində 32 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd olub. Həmin dairənin lider namizədi təhsil eksperti Etibar Əliyevdir. /Azvision.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!