Fərhad dostlarına “bizə gəlin” yazıb özünü güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Fərhad dostlarına “bizə gəlin” yazıb özünü güllələdi

Kriminal

09 İyun 2019 17:51 5930


"Dostlarına sms yazıb ki, saat 2-də bizim bloka gəlin. Dostları da həmin vaxt Fərhadın yaşadığı mənzilin blokuna gəliblər. Qəfildən güllə səsi eşidilib. Mənzilə qalxıblar, Fərhadı əlində silah, qan içərisində görüblər. O, silahla ürəyindən özünü güllələmişdi”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Criminal.az saytına Rusiyanın Moskva şəhərində intihar edən Fərhad adlı (soyadı məlum deyil) azərbaycanlı iş adamının yaxınları deyib. Fərhad uzun müddət idi Moskvada böyük biznesə sahib idi. Sonradan borca düşərək müflisləşib. Hətta iddialar var ki, 100 milyon rus rublu məbləğində faiz borcu yaranıb.

Onun özünə qəsd etməsi də məhz borc məsələsinə görə olduğu iddia olunur. Bir neçə dəfə dostlarının yanında problemlərdən bezdiyini deyibmiş. Dördpendirli pizza

Əslən Şamaxı rayonundan olan iş adamının bir azyaşlı oğlu var idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!