Fərhad Əhmədovun 150 milyonluq şirkəti məhkəmə qarşısında

saytların hazırlanması

Evə çatdırılma

Fərhad Əhmədovun 150 milyonluq şirkəti məhkəmə qarşısında

Hadisə

13 Sentyabr 2023 19:37 1035


Azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus Teymur Əhmədov adına "Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) cərimələnə bilər. 

Qaynarinfo xəbər verir ki, "Aznar” QSC xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamaqda ittiham olunur. 

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə protokol tərtib olunub.  Sezar pizza

İş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. 

483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə nəzərdə tutulur. 

"Aznar” QSC 9 oktyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 149 987 312 AZN olan şirkətin qanuni təmsilçisi Əhmədov Asif Kamal oğludur. Asif Əhmədovun Fərhad Əhmədovun yaxın qohumudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!