Fərid Əsgərovla bağlı maraqlı faktlar -   Rafael Ağayevin anası üçün...

saytların hazırlanması

Evə çatdırılma

Fərid Əsgərovla bağlı maraqlı faktlar - Rafael Ağayevin anası üçün...

Sosial

04 İyul 2025 10:00 31378


Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Prezident katibliyinin rəhbəri təyin edilən Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin marketinq direktoru Ləman Ağayeva Fərid Əsgərov barəsində paylaşım edib.

O, paylaşımda Fərid Əsgərovun xarakteri ilə bağlı bəzi məqamları açıqlayıb: Sezar pizza

“Fərid Əsgərovla ilk dəfə 2007-ci ildə Gimnastika Federasiyasında çalışdığım dövrdə tanış olmuşam. O vaxtdan bu günə qədər onu yalnız bir cür tanımışam — vicdanlı, zəhmətkeş, səmimi və dostlarına son dərəcə bağlı insan kimi. Fərid hər zaman ailəsinə – anasına, övladlarına, bacı-qardaşına qarşı böyük qayğı və məsuliyyət hissi ilə yanaşan bir insan olub. Kənardan baxanda bəlkə də hər şey asan görünə bilər, amma onun peşəkar fəaliyyəti və gündəlik həyatdakı zəhməti heç də asan deyil. Hər zaman işinə ürəyini qoyub, nə iş görürsə, səviyyəli, zövqlü və məsuliyyətlə yerinə yetirir.

Ən çox da Fəridi fərqləndirən bir cəhət var — o, dostluğa sadiq bir insandır. Elə vəziyyətlər olur ki, insanlar imkan və vəzifə sahibi olduqdan sonra dəyişirlər, ətrafına yadlaşırlar. Amma Fərid hər zaman dostlarının, yaxınlarının yanında olub, çətin günlərdə onların yanında dayanmağı bacarıb.

Onun əsl insanlıq nümunəsi olduğunu göstərən çoxlu misallar var. Məsələn, dünya və Avropa çempionu Rafael Ağayevin anasının müalicəyə ehtiyacı olduğu çətin bir zamanda, Fərid bütün qəlbi ilə yardım üçün əlindən gələni edib, məsələni şəxsən ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya çatdırıb. Mehriban xanım da özünəməxsus mərhəmət və diqqətlə bu məsələyə dərhal reaksiya verib və dəstək göstərib.

Fəridin xarakterini tanıyan biri kimi əminəm – başladığı bu yeni yolda da o, hər zaman olduğu kimi işinə ürəyini qoyacaq, insanlara fayda verməyə çalışacaq və ən yüksək nəticələrə nail olacaq.

Uğurlar sənə, Fərid! Allah hər zaman köməyin və yanında olsun!”, - Ləman Ağayeva bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tehran
    Mən də Fərid bəyi yeni və şərəfli vəzifəsi münasibəti ilə təbrik edir.İşində və həyatında uğurlar arzu edirəm.
    10 months ago
  • Tehran
    Mən də Fərid bəyi yeni və şərəfli vəzifəsi münasibəti ilə təbrik edir.İşində və həyatında uğurlar arzu edirəm.
    10 months ago
  • VÜQAR
    SƏMİMİ VƏ YAXŞI İNSAN FƏRİD MÜƏLLLİM! ALLAHIN NƏZƏRİ HƏMİŞƏ ÜZƏRİNDƏ OLSUN...
    10 months ago
  • RAHİM
    FƏRİD BƏYƏ İNSANİ KEYFİYYƏTLƏRİNƏ GÖRƏ FƏALİYYƏTİNDƏ UĞURLAR ARZULAYIRAM.
    10 months ago