Fərid Qayıbov atıcılıq federasiyasının fəaliyyəti ilə tanış oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Fərid Qayıbov atıcılıq federasiyasının fəaliyyəti ilə tanış oldu - Fotolar

İdman

27 Sentyabr 2021 20:18 1572


Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub.  

Nazirliyikdən Yenisabah.az-a verilən məlumata görə nazir stend və güllə atıcılığı üzrə yığma komandaların üzvləri ilə görüşüb, onların məşq proseslərini izləyib və problemlərini dinləyib.  

Federasiyanın baş katibi Emin Cəfərov nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb. Sezar pizza

Görüşdə federasiya İcraiyyə Komitəsinin üzvü Olimpiya çempionu Zemfira Meftahəddinova və güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Olimpiya mükafatçısı İradə Aşumova iştirak ediblər.

Daha sonra Fərid Qayıbov Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinin maddi-texniki bazasına baxış keçirib. Kompleksin şəraiti və fəaliyyəti ilə maraqlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!