Fərid Qayıbov lll Avropa Oyunlarında medal sayının az olmasının səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Fərid Qayıbov lll Avropa Oyunlarında medal sayının az olmasının səbəbini açıqladı

İdman

03 İyul 2023 21:53 1364


Gənclər və idman naziri Fərid Qayıbov lll Avropa Oyunlarında Azərbaycanın idmançılarının qazandığı medal sayının az olmasının səbəbini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, F. Qayıbov bu barədə nazirliyin rəsmi saytındakı qeydində yazıb.

"Ötən oyunlara nisbətən medallarımızın sayı az oldu. Düşünürəm ki, bunun əsas səbəblərindən biri ötən oyunlarda qazanılmış medalların 75 faizinin bizim üçün ənənəvi medal gətirən idman növlərində əldə edilməsidir. Lakin bu dəfə həmin idman növləri oyunların proqramında yox idi. İndi federasiyalarla birlikdə oyunların nəticələrini təhlil edib müzakirələr aparmalıyıq", - nazir vurğulayıb. Pepperoni pizza

Qeyd edək ki, Azərbaycan idmançıları III Avropa Oyunlarında 3 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!