Gənclər və idman naziri (AGIN) Fərid Qayıbov Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovnitski və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AGİN-in mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib, ölkənin gənclər siyasəti və idman uğurları barədə məlumat verib.
Kristof Salay-Bobrovnitski səmimi qəbula görə təşəkkürünü bildirib və dövlətlər arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb.
Görüş zamanı iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Telegram kanalımız