Fərid Qayıbov MMA döyüşçülərini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Fərid Qayıbov MMA döyüşçülərini qəbul etdi

İdman

08 Aprel 2023 20:10 841


Gənclər və idman naziri Fərid Qayıbov MMA döyüşçüləri Mehman Məmmədov, Vüqar Kərəmov və məşqçi Ruslan Əfəndiyevi qəbul edib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, o, idmançıların beynəlxalq yarışlarda iştirakı və onların qarşıdakı turnirlərə hazırlıq prosesi ilə maraqlanıb.

Görüşdə döyüşçülərin təlim-məşqləri, yarışlarda iştirakı və eləcə də uğurlu xarici təcrübənin öyrənilməsi məsələləri ətrafında fikir mübadiəsi aparılıb. pizza

Beynəlxalq turnirlərə hazırlıq barədə məlumat verən Əfəndiyev bildirib ki, hazırda əsas diqqət iyulun 29-da Yaponiyanın paytaxtı Tokioda keçiriləcək yarışa yönəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!