Fərid Qayıbov son 21 gündə iki vəzifəsini itirdi - Nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Fərid Qayıbov son 21 gündə iki vəzifəsini itirdi - Nə baş verir?

Siyasət

18 Fevral 2025 21:16 2003


Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.

“Qafqazinfo”nun məlumatına görə, ötən seçkidə vitse-prezident seçilən gənclər və idman naziri Fərid Qayıbov bu dəfə etimad qazanmayıb və vəzifəsini itirib.

Bu, Fərid Qayıbovun son 21 gündə itirdiyi ikinci vəzifəsi olub. Belə ki, Prezident İlham Əliyev ötən ayın 29-da 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilməsi ilə bağlı Sərəncam imzalayıb.  pizza sifarişi

Sərəncama əsasən, ötən il Təşkilat Komitəsinin sədri olan Fərid Qayıbovu bu vəzifədə Baş nazirin müavini Samir Şərifov əvəz edib. Fərid Qayıbov isə Təşkilat Komitəsinin ilk iclasına S.Şərifovun müavini kimi qatılıb.

Qeyd edək ki, MOK-un İcraiyyə Komitəsinin yeni üzvləri arasında Fərid Qayıbovun sabiq müavini Mariana Vasileva da yer almayıb. O, ötən ay nazir müavini vəzifəsindən azad edilib. Mariana Vasileva idmançılara qarşı fiziki zorakılıqda ittiham edilirdi, hətta buna görə Gimnastika Etikası Fondu tərəfindən ömürlük diskvalifikasiya olunub. Fərid Qayıbovun isə işdən çıxarılan müavini ilə selfi paylaşması birmənalı qarşılanmamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!