Tanınmış fitness məşqçisi Kamil Zeynallı cəbhədə olduğu zamanları xatırlayıb.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında əsgərlərlə videosunu paylaşan Kamil icazəsiz cəbhəyə yollanaraq keçirdiyi günlərdən yazıb:
"Döyüş zamanı cəbhəyə icazəsiz gedib, əsgərlərimizlə səngərdə keçirtdiyim günlərdən biri. Əsgər yoldaşlarımla fermada bir otaq tapıb, qaldığımız günlər. Çox gözəl günlər idi. Sevinirdik gecə fermada otaqda qalanda. Sevinirdik ki, gecə elə də soyuq olmayacaq. Ferma otağı bizə villa kimi gəlirdi. "Spalnıy meşok" vermişdilər bizə, elə bil bir otaqlı evdir. İndi bizlər isti evlərimizdəyik, əsgər, zabit qardaşlarımız isə soyuq çadırlarda yatırlar”. Toyuqlu pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız