Fermerlərə XƏBƏRDARLIQ: Mayın 31-də başa çatacaq

saytların hazırlanması

Evə çatdırılma

Fermerlərə XƏBƏRDARLIQ: Mayın 31-də başa çatacaq

İqtisadiyyat

25 May 2021 16:18 1670


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata əsasən, müraciətdə yazlıq və çoxillik əkinlər üçün subsidiya almaq istəyən fermerlərə əkin bəyanlarının qəbulu prosesinin mayın 31-də başa çatacağı ilə bağlı xəbərdarlıq edilir.

Əkin bəyanları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (eagro.az) hər bir fermer üçün açılmış şəxsi kabinetlərdən təqdim edilir. pizza

Əkin bəyanlarını vaxtında təqdim etməyən fermerlər subsidiya ödənişlərindən kənarda qalacaqlar. Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayında subsidiya ödənişləri edilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!