“Qalatasaray” tarixinin ən yaxşı qapıçısı hesab edilən Fernando Muslera mövsüm sonunda karyerasını bitirəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə uruqvaylı qapıçının özü açıqlama verib.
38 yaşlı qapıçı istəyini klub rəhbərliyinə bildirib. O, peşəkar kariyerasını bitirdikdən sonra “Qalatasaray”da qapıçı məşqçisi kimi çalışmaq istəyir. pizza hut
2011-ci ildən bəri “Qalatasaray” forması geyinən Fernando Muslera İstanbul təmsilçisinin heyətində 13 sezon keçirib və 419 rəsmi oyuna çıxıb. O, Uruqvay millisində isə 133 oyunda meydanda olub.
Telegram kanalımız