Fərqanədən keçmiş ərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Fərqanədən keçmiş ərindən danışdı

Şou

14 Oktyabr 2024 12:08 756


“Bu gün əgər ismətimi, adımı, qadın obrazımı sənətdə, ailədə saxlamışamsa, özümə görə saxlamışam. Çünki onu başqasına görə saxlasaydım, xalqın bəzi sözləri mənə pis təsir edərdi. 20 ildir həyatını qoruyub saxlamış, 4 övladı ilə nələrdən keşmiş qadının yaşadıqlarını bilmədikləri halda ünvanına istədikləri anda nəsə yazmaq onun haqqını tapdalamaqdır. Heç vaxt o insanlara halal etmirəm. Günaha girməsinlər”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova “Həftənin qonağı” verilişdə deyib.

Aparıcısı Ülvira Qarayevanın “Uşaqlarınız atası ilə ünsiyyət saxlayırlar” sualına xanəndə belə cavab verib: pizza sifarişi

“Əlbəttə, onlara maraqlıdır, görəsən Fərqanənin övladlarının ataları ilə əlaqəsi var? Ata tərəf necədir? Fərqanə otursun burada qəşəng qeybət qırsın ki, baxımlı veriliş olsun”.

Qeyd edək ki, bir neçə il bundan əvvəl F.Qasımova əri Elnur Mövlamovdan, rəsmi şəkildə olmasa da, ayrılıb. Cütlüyün 4 övladı var. Elnur qayınatası Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurlayıb. O, həbs edilərək 8 il azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!