Fəsillər toqquşur:   Eyni həftədə həm bahar, həm qış yaşanacaq

saytların hazırlanması

Evə çatdırılma

Fəsillər toqquşur: Eyni həftədə həm bahar, həm qış yaşanacaq

Dünya

14 Aprel 2025 10:02 463


Türkiyədə qarışıq hava şəraiti davam edir.

Yenisabah.az-ın əldə etdiyi məlumatlara əsasən, ölkənin bir sıra ərazilərində temperatur yüksəlməyə başlasa da, bəzi bölgələrdə qarlı hava bir müddət təsirli olacaq.

Türkiyənin Meteorologiya Nazirliyi tərəfindən açıqlanan məlumatda qeyd edilir ki, həftənin ilk günlərindən etibarən İstanbulda hava temperaturu 18-20 dərəcəyə qədər yüksələcək. Günəşli hava şəraiti cümə gününə qədər davam edəcək. Egey və Marmara bölgələrində də oxşar bahar havası müşahidə olunacaq. İzmirdə 22 dərəcəyə çatan istiliklə birlikdə, açıq və günəşli günlər vətəndaşları sevindirəcək. pizza sifarişi

Şərq bölgələrində isə yazdan əsər yoxdur. Ərzurum, Kars və Ağrı kimi şəhərlərdə temperatur gecə saatlarında -5 dərəcəyə qədər düşəcək. Çərşənbə axşamından etibarən bölgədə qar yağışı gözlənilir. Meteorologiya bu bölgələrdə yaşayan vətəndaşlara diqqətli olmaları üçün xəbərdarlıq edib.

Qara dəniz bölgəsində isə hava dəyişkən olacaq. Sahil bölgələrində zaman-zaman yağış müşahidə ediləcək, daxili hissələrdə isə qısa müddətli günəşli hava şəraiti üstünlük təşkil edəcək.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!