Fətəli Xan Xoyskinin qohumunun meyiti tapıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Fətəli Xan Xoyskinin qohumunun meyiti tapıldı - Foto

Hadisə

16 May 2023 23:59 1169


Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlunun nəvəsinin meyiti Gəncə şəhər Əziz Əliyev küçəsi bina 5-də olan mənzillərin birində aşkarlanıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, yaxınlıqda yaşayan vətəndaşların çağırışı ilə əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri həmin ünvana gəlib və bağlı qapını açaraq mənzilə daxil olublar.

Həmin ünvanda yaşamış, 1948-ci il təvəllüdlü Xan Xoyski Azad Cəfər oğlunun meyiti aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib. Dominos pizza

Qeyd edək ki, A.Xan Xoyski Xalq Cümhuriyyəti dövründə Azərbaycanın dövlət idarələrində məsul vəzifələr tutmuş peşəkar hüquqşünas, AXC-nin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyskinin nəvəsidir. O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Həmçinin tarix elmləri doktoru, professor olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!