FETO-nun daha 44 üzvü həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

FETO-nun daha 44 üzvü həbs edildi

Rəsmi

27 Noyabr 2021 17:59 786


Türkiyədə FETO terror təşkilatına qarşı əməliyyatlar davam etdirilir.

Yenisabah.az xəbər verir ki, İzmir Baş Prokurorluğu tərəfindən FETO-nun Türkiyə ordusundakı gizli strukturlarına qarşı aparılan əməliyyatlar çərçivəsində 96 nəfər saxlanılıb.

Şübhəlilərdən 9-u dəlil yetərsizliyi, 2-si səhhətindəki problemlərə görə, 26-sı isə “faydalı məlumatlar” verdiyi üçün sərbəst buraxılıb. Dominos pizza

Ədliyyəyə göndərilən 59 şübhəlidən 44-ü barəsində isə həbs qəti imkan tədbirləri seçilib. Digər 15 nəfərə isə yaşadıqları ərazini tərk etməmək barədə göstəriş verərək sərbəst buraxıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!