Fəttah Heydərovun səhhətində problem yaranıb 

saytların hazırlanması

Evə çatdırılma

Fəttah Heydərovun səhhətində problem yaranıb 

Siyasət

10 Mart 2020 12:44 5587


Milli Məclisin ilk iclasına Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərovun sədrlik edəcəyi gözlənilsə də, bu, baş verməyib.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyevin də iştirak etdiyi VI çağırış Milli Məclisin ilk iclasını deputat Ziyad Səmədzadə aparır. 

Milli Məclisin Daxili Nizamnaməsində qeyd edilib ki, ilk iclası ən qocaman deputat aparmalıdır. Parlamentin ən qocaman deputatı isə Fəttah Heydərovdur. Onun 82 yaşı var. Lakin Fəttah Heydərov ümumiyyətlə, ilk iclasa qatılmayıb, onun əvəzinə 80 yaşlı Ziyad Səmədzadə sədarət kürsüsünə əyləşib. Bu da medianın diqqətindən kənarda qalmayıb.  Dördpendirli pizza

Oxu.az saytı məlumat yayıb ki, Fəttah Heydərovun iclasa qatılmamasının səbəbi səhhətindəki problemlərlə əlaqədardır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!