Fətullah Gülənin dəfnində FETÖ-çülər üzlərini belə gizlətdilər - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Fətullah Gülənin dəfnində FETÖ-çülər üzlərini belə gizlətdilər - FOTOLAR

Dünya

25 Oktyabr 2024 08:52 1048


FETÖ terror təşkilatının lideri Fətullah Gülən üçün Pensilvaniyada Skyland Beysbol Stadionunda dəfn mərasimi keçirilib. 

ABŞ polisinin yüksək səviyyədə təhlükəsizlik tədbirləri gördüyü mərasimə türkiyəli jurnalistlər buraxılmayıb və onların görüntülər çəkməsinə mane olub.

Təşkilat üzvləri isə adlarına hazırlanmış QR kodla mərasim sahəsinə daxil olublar. Dördpendirli pizza

Stadionun yerləşdiyi Esseks bölgəsində yerli vaxtla saat 10.00-14.00 arasında pilotsuz təyyarələrin uçması qadağan olunub.

Mərasimdə bəzi FETÖ-çülər papaq, eynək və maska ilə üzlərini gizlətməyə çalışıblar. Beysbol stadionunda keçirilən mərasimə qatılanlar fermaya buraxılmayıb.

FETÖ lideri Pensilvaniyada keçirilən mərasimdən sonra fermasının bağçasında dəfn edilib.

Məlumata görə, Gülənin cənazəsi təşkilat daxilindəki fikir ayrılığına görə ölümündən 4 gün sonra dəfn edilib.

Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!