Fətullah Gülənin izləri ABŞ ordusunda:   4 uşağından biri...

saytların hazırlanması

Evə çatdırılma

Fətullah Gülənin izləri ABŞ ordusunda: 4 uşağından biri...

Dünya

06 Noyabr 2024 15:58 752


FETÖ lideri Gülənin qardaşı oğlu Hansa Zeynep Kalaçın oğlu ABŞ ordusunda zabit kimi xidmət edir.

Yenisabah.az xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrindən alınan məlumatda bildirilib. 

FETÖ liderinin kürəkəni Adem Kalaç 15 iyul çevriliş cəhdindən əvvəl ABŞ-da qurulan və fəaliyyət göstərən Ebru TV-nin meneceri olub,  Adem Kalaçın 4 uşağından biri olan Hayreddin Kalaçın ABŞ əsgəri olduğu ortaya çıxıb. Toyuqlu pizza

Hayreddin Kalaç Nyu Cersidə ABŞ ordusu üçün zabitlər hazırlayan Rutgers Universitetində The Scarlet Knight Battalion-Army ROTC-də təhsil alıb.23 may 2023-cü ildə leytenant rütbəsi ilə məktəbi bitirib. Onun məzuniyyət mərasimində təşkilatın idarə heyətində olan atası Adem Kalaç və Fətullah Gülənin öz qardaşı qızı olan anası Hansa Zeynep Kalaç da iştirak edib. ABŞ vətəndaşı olaraq həyatını davam etdirən Hayreddin Kalaç ABŞ ordusunda zabit vəzifəsini davam etdirir.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!