FETO-nun önəmli simalarından olan Yusuf Bekmezçi 82 yaşında dünyasını dəyişib. Bekemzçi bu gün səhər 5 radələrində İzmirdə müalicə olunduğu xəstəxanada vəfat ediib.
Yenisabah.az xəbər verir ki, Yusuf Bekmezçi hazırda ABŞ-da yaşayan türk əsilli təriqət lideri Fətullah Gülənin əsas adamlarında biri olub. O, Türkiyənin Ege bölgəsi üzrə cavabdeh şəxs sayılıb. Gülənçilər Yusuf Bekmezçini öz aralarında "qədim abi, irşadçı" kimi xarakterizə ediblər.
Bu səhər dünyasını dəyişən Bekmezçi çevrilişə cəhd ittihamı ilə həbs olunub. O, 15 iyul 2016-ci ildə Türkiyədə baş verən çevriliş cəhdinin əsas təşkilatçılarından biri sayılır. 23 yanvar 2020-ci ildə hakim qarşısına çıxarılan Yusfu Bekmezçi 17 il 4 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Toyuqlu pizza
Telegram kanalımız