"Alanyaspor" baş məşqçisi Ersun Yanalla yolları ayırıb.
Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssisin Superliqa təmsilçisinin rəhbərliyi ilə görüşündən sonra bu qərar verilib.
Qeyd edək ki, E.Yanal bu ilin fevralında "Alanyaspor"un baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 6 matçda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 4 dəfə uduzub. pizza
Əlavə edək ki, "Alanyaspor" hazırda 32 xalla ölkə çempionatında 12-ci pillədə qərarlaşıb.
Telegram kanalımız