Fəvvarələr Meydanı və Qış Parkını birləşdirəcək yeni piyada zonası yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Fəvvarələr Meydanı və Qış Parkını birləşdirəcək yeni piyada zonası yaradılır

Sosial

22 Avqust 2025 13:20 501


Fəvvarələr meydanı və Qış Parkının birləşdirilməsi imkanları təhlil olunub və layihə hazırlanıb.

Yenisabah.az xəbər verir ki, yaxın günlərdə İslam Səfərli küçəsi ilə bağlayihənin icrasına başlanılacaq.

AYNA-dan bununl abğlı bildirilib: “19–20-ci əsrlərə aid tarixi tikililərin əhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosunun mərkəzindədir. Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur. Sakinlər və şəhərimizə gələn turistlər avtomobil sıxlığı səbəbindən bu küçədə yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. İslam Səfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olması səbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə olunur. pizza hut

Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar ərazilər olan Qış Parkı və Fəvvarələr Meydanını əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!