“Fəxrlə elan edirəm ki, mən azərbaycanlıyam” -  Pezeşkian

saytların hazırlanması

Evə çatdırılma

“Fəxrlə elan edirəm ki, mən azərbaycanlıyam” - Pezeşkian

Siyasət

01 İyul 2024 14:40 556


Bir daha fəxrlə elan edirəm ki, mən azərbaycanlıyam. Mahabadda dünyaya gəlmişəm, atam, anam və bütün nəslim azərbaycanlıdır. 

Axar.az xəbər verir ki, bu sözləri Məsud Pezeşkian son vaxtlar onun anasının başqa millətdən olması barədə deyilənlərə aydınlıq gətirərkən bildirib. 

O, bununla yanaşı İranda Azərbaycan türkcəsinə qarşı məhdudiyyətlərə də toxunub:  pizza hut

“Bir azərbaycanlı olaraq kimsənin dilimi lağa qoymasına icazə vermərəm, heç kim Azərbaycan türkcəsində yazıb-oxumağa qadağa qoya bilməz”. 

Qeyd edək ki, prezident seçkiləri öncəsi Məsud Pezeşkianın anasının kürd olması ilə bağlı şayiələr yayılıb. 

Xatırladaq ki, "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi Ulu Öndər Heydər Əliyevə məxsusdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!