Feyruz Həsənov vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Feyruz Həsənov vəfat etdi - Foto

Hadisə

16 Noyabr 2024 14:32 1696


Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat kafedrasının dosenti Feyruz Həsənov vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat Xidməti məlumat yayıb.

Feyruz Həsənov 1946-cı il aprelin 10-da Şamaxıda anadan olub. 1964-1969-cu illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1969-cu ildən AMEA-nın Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayan Feyruz Həsənov Riyaziyyat və Mexanika İnstitutunda, BDU-nun Hesablama mərkəzində, Universitetin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. 1997-ci ildən Fizika fakültəsinin Riyaziyyat kafedrasında baş müəllim işləyib. 2006-cı ildən Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat kafedrasının dosenti idi. pizza sifarişi

Feyruz Həsənovun əsas tədqiqat sahəsi təbiət elmlərinin riyazi modellərinin diferensial və inteqral tənlikləri olub. O, 18 elmi məqalənin və bir dərs vəsaitinin müəllifi idi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!