Fəzail Ağamalı səsverrmə nəticələrinin ləğvindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalı səsverrmə nəticələrinin ləğvindən danışdı

Siyasət

24 Fevral 2020 07:35 3753


60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə lider namizəd, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 11 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsinə münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, F.Ağamalı bu barədə "Pravda.az"-a danışıb. O deyib ki, bu, həmin seçki dairəsində ümumi nəticələri dəyişmir: "Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 60 saylı Salyan-Neftçala seçki dairəsindən digər namizədlərin dairə seçki komissiyasının qərarından verdikləri şikayətə baxılıb. Təqdim edilmiş materiallar ciddi araşdırılıb. İclasda 42 seçki məntəqəsindən 11-də səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin seçki dairəsinin 31 məntəqəsində səsvermənin nəticələri qüvvədədir. Bu, bütövlükdə qələbəmi tamamilə təmin edən qərardır. 60 saylı Salyan-Neftçala seçki dairəsinin 11 seçki məntəqəsində nəticələrin ləğv edilməsi seçkilərin ümumi nəticəsinə təsir göstərmir. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif rəy yazanlara təklif edirəm ki, Seçki Məcəlləsini oxusunlar, o zaman səsvermənin ümumi nəticələrinin dəyişib-dəyişməməsi ilə bağlı məlumat almış olacaqlar. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, daha çox səs toplayaraq qalib gəlmiş hesab olunuram". AVP sədri ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Fürsətdən istifadə edərək 60 saylı Salyan-Neftçala seçki dairəsinin seçicilərinə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, seçkiqabağı təşviqat kampaniyasında mənimlə bərabər olan, kifayət qədər fəallıq göstərən komanda üzvlərinə, xüsusi olaraq media nümayəndələrinə təşəkkür edirəm. Ədalətli, obyektiv qərar qəbul etdiyinə görə Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə, üzvlərinə, Eksper Qrupuna minnətdaram. Ümidvaram ki, seçicilərin göstərdiyi etimad bundan sonra da dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqa varlığımla xidmət etməyimə, ulu öndərin müəyyən etdiyi yolla davam etməyə imkan yaradacaq".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!