Fəzail Ağamalıdan Türkiyədə qarət olunması xəbərinə   REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalıdan Türkiyədə qarət olunması xəbərinə REAKSİYA

Siyasət

05 Aprel 2020 19:00 1269


Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədə qarət olunub.

Yenisabah.az xəbər verir ki, deputat bunun bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Fəzail Ağamalı bildirib ki, hadisə 2019-cu ilin iyul ayında baş verib. Dördpendirli pizza

O, hadisə ilə bağlı həmin vaxt polisə müraciət etdiklərini deyib:

"Qızım və nəvəmlə Türkiyədə idik. Hadisə qızım və nəvəmin başına gəlib. Belə ki, onlar taksi ilə Beşiktaşa gediblər. Taksi sürücüsü onlardan artıq pul alıb. Biz bunu bildikdən sonra polisə müraciət etdik. Polis dərhal hərəkətə keçdi. Bizim təqdim etdiyimiz taksinin tanınma nişanı ilə araşdırma aparıldı. Qısa zaman kəsiyində həmin şəxs saxlanıldı və polis idarəsinə gətirildi. Biz sürücünü tanıdıq və pulumuz bir neçə saata bizə geri qaytarıldı. Bununla biz özümüz üçün məsələni bitmiş hesab etdik və ölkəyə qayıtdıq. Ancaq Biz rəsmi müraciət etdiyimiz üçün Türkiyənin qanunvericiliyinə uyğun şəkildə polis sürücüyə qarşı cinayət işi açdı və həmin şəxs istintaqa cəlb edildi. Bu da Türkiyənin hüquqi dövlət olduğunu bir daha ortaya qoyur. Doğrusu, İstintaqın gedişi ilə sonradan maraqlanmadıq".

Qeyd edək ki, bu gün Türkiyənin "Sabah" qəzeti millət vəkili Fəzail Ağamalının İstanbulda qarət olunması ilə bağlı xəbər yayıb.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!