FHN: 13 gündə 22 uşaq xilas edilib

saytların hazırlanması

Evə çatdırılma

FHN: 13 gündə 22 uşaq xilas edilib

Sosial

14 Noyabr 2025 09:50 322


Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

"Yeni Sabah"a xəbər verir ki, nazirlik valideynlərin məsuliyyətsizliyi və laqeydliyi ucbatından azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması hallarını vurğulayıb.

Yalnız noyabrın ötən 13 günü ərzində 22 uşaq xilas edilib. Marqarita pizza

"Mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır", - deyə müraciətdə qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!