FHN 6 nəfəri xilas etdi

saytların hazırlanması

Evə çatdırılma

FHN 6 nəfəri xilas etdi

Hadisə

25 Avqust 2024 13:05 488


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal, Nərimanov və Suraxanı rayonları ərazilərində ümumilikdə 4 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmaları, Nəsimi rayonu ərazisində 1 nəfərin intihara cəhd etməsi, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1 nəfərin ağır çəki səbəbilə mənzili tərk edə bilməməsi barədə məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4-ü azyaşlı olmaqla 6 nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!