FHN-çilərin növbəti qrupu Türkiyəyə yola düşdü

saytların hazırlanması

Evə çatdırılma

FHN-çilərin növbəti qrupu Türkiyəyə yola düşdü

Rəsmi

06 Avqust 2021 19:58 1081


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti - dördüncü qrupu Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə yola düşüb.

Yenisabah.az xəbər verir ki, uçuşdan əvvəl sıra düzülüşü olub.

Sıra düzülüşündə yanğın-xilasetmə qüvvələrinə müvafiq təlimatlar verilib. pizza

Nazirliyin Xüsusi riskli xilasetmə xidmətinin Alay komandiri polkovnik leytenant Məmməd Xəlili jurnalistlərə açıqlamasında bildirib ki, bugünkü yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.

Onun sözlərinə görə, hər bir şəxsi heyət fərdi yanğınsöndürmə vasitələri ilə təmin olunub və sabahdan etibarən yanğınlarının söndürülməsinə başlanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!