FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı

Hadisə

27 Noyabr 2024 22:04 1679


Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə avtomobildə vətəndaşların sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb ediliblər. Hadisə yerində vəziyyət qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobil ilə VAZ-2106 markalı avtomobil toqquşub. Deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış insanların olduğu müəyyən edilib. Sezar pizza

Xilasedicilər xüsusi vasitələrdən istifadə edərək "Mercedes" avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yol-nəqliyyat hadisəsi zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Yanğınsöndürənlər hadisə yerində təhlükəsizlik tədbirləri görüblər. Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!