FHN-dən Gəncədəki izdihamla bağlı açıqlama yaydı 

saytların hazırlanması

Evə çatdırılma

FHN-dən Gəncədəki izdihamla bağlı açıqlama yaydı 

Maraqlı

25 Noyabr 2022 15:17 944


Fövqəladə Hallar Nazirliyi qurumun Gəncə Regional Mərkəzinin qarşısında izdihamın baş verməsi ilə bağlı məsələyə münasibət bildirib. 

Nazirlikdən Oxu.az-a verilən məlumata görə, bu gün Gəncə şəhərində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul həyata keçirilir:

“Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb. Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir.  Marqarita pizza

Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür.

Həmçinin, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qaydada yönləndirilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!