FHN əməliyyat görüntülərini yaydı -   Video

saytların hazırlanması

Evə çatdırılma

FHN əməliyyat görüntülərini yaydı - Video

Hadisə

11 Mart 2021 11:09 888


Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Yenisabah.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Toyuqlu pizza

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalan 9 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, 3 nəfər yanıq xəsarəti alıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!