FHN əməliyyat görüntülərini yaydı -   Video

saytların hazırlanması

Evə çatdırılma

FHN əməliyyat görüntülərini yaydı - Video

Kriminal

12 Mart 2021 16:27 903


Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Yenisabah.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Dördpendirli pizza

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 7 nəfər xilas edilib, 4 nəfər yanğından təhlükəsiz əraziyə təxliyə edilib, 3 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!