FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salındı - Video

saytların hazırlanması

Evə çatdırılma

FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salındı - Video

Maraqlı

10 Fevral 2023 23:24 924


Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 240 ədəd çadır daxildir.

Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!