FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınacaq

saytların hazırlanması

Evə çatdırılma

FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınacaq

Maraqlı

07 Fevral 2023 22:14 815


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, təyyarə və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir. Marqarita pizza

Digər təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin növbəti axtarış-xilasetmə qrupu göndəriləcək.

Hazırda humanitar yardım və xilasetmə qrupunun yola salınması üçün hazırlıq işləri görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!