FHN-in rüşvətə görə tutulan keçmiş inspektorundan xəbər var

saytların hazırlanması

Evə çatdırılma

FHN-in rüşvətə görə tutulan keçmiş inspektorundan xəbər var

Sosial

04 Yanvar 2020 13:14 1191


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırov barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Yeni Sabah" xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib. Dördpendirli pizza

İttihama əsasən, Fövqəladə Hallar Nazirliyində (FHN) inspektor işləmiş İbrahim Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşlardan işə düzəltmək adı ilə pul alıb və vədinə əməl etməyib.

İ.Bağırov Qaratel Əhmədova və onun qohumlarından müxtəlif adlarla, o cümlədən, cadu pozmaq adı ilə pul və qızıl əşyaları alaraq, dələduzluq etməkdə ittiham edilir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. (Report)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!