İmişli rayonunun Məmmədli kəndində fermanın ərazisində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Ağcabədi rayonunda da ferma yanıb. Yanğın Hüsülü kəndində baş verib. Pepperoni pizza
Ağdam rayonunun Çəmənli kəndində isə ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız