FHN-nin daha bir yanğınsöndürmə qrupu Türkiyəyə yola düşür

saytların hazırlanması

Evə çatdırılma

FHN-nin daha bir yanğınsöndürmə qrupu Türkiyəyə yola düşür

Hadisə

31 İyul 2021 18:47 921


Azərbaycanın yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup yaxın saatlarda Türkiyəyə yola düşəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşəcək. Sezar pizza

Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!