FHN-nin keçmiş rəisi də deputatlığa namizəd oldu

saytların hazırlanması

Evə çatdırılma

FHN-nin keçmiş rəisi də deputatlığa namizəd oldu

Siyasət

29 Dekabr 2019 05:16 3139


Hazırda ölkədə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə hazırlıqlar davam edir. Dairələr üzrə namizədliklərini verən deputatlığa iddialılar imza vərəqələrini doldurmaqla məşğuldurlar.

“Yeni Sabah” “AzPolitika.info”ya istinadən xəbər verir ki, artıq imza vərəqlərini dairələrə təqdim edərək, namizədliklərini qeydə aldıranlar da var. Bunlardan biri də 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd olan Muradov Raqif Murad oğludur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin və Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifələrində çalışmış Raqif Muradov əslən İmişlidəndir Toyuqlu pizza

Vaxtilə mərhum prezident Heydər Əliyevin Seçki Qərargahının üzvü olmuş, Prezedent İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Raqif Muradov respublika üzrə ilk qeydə alınan namizədlərdən biridir.

Qeyd edək ki, həmin dairədən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Muradov Rüfət Ehtiram oğludur. Onun haqqında internet resurslarında araşdırma aparsaq da, heç bir bilgiyə rast gəlmədik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!