FHN: Ötən gün 23 yanğına çağırış olub, 7 nəfər xilas edilib

saytların hazırlanması

Evə çatdırılma

FHN: Ötən gün 23 yanğına çağırış olub, 7 nəfər xilas edilib

Hadisə

13 May 2021 12:40 707


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Yenisabah.az-a verilən məlumata görə,“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 nəfərin özünü dənizə atması faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər, o cümlədən Dənizkənarı Milli Parkda özünü dənizə atanşəxs xilas edilib. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!