FHN Şuşada tədbir keçirdi

saytların hazırlanması

Evə çatdırılma

FHN Şuşada tədbir keçirdi

Rəsmi

23 Avqust 2021 18:19 1172


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Şuşa şəhərində istismara verilmiş “Xarıbülbül” otelində, “Bravo” ticarət mərkəzində və “SOCAR” yanacaqdoldurma köşkündə yanğın təhlüksəziliyi qaydaları ilə bağlı növbəti maarifləndirmə tədbirləri keçirilib.

FHN-dən Yenisabah.az-a verilən məlumata görə, tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasının və bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi xüsusi olaraq vurğulanıb.

Eyni zamanda, binaların, eləcə də binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib. Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb. Marqarita pizza

Tədbirlərdə, həmçinin, ilkin yanğınsöndürmə avadanlıq və vasitələrindən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!