FHN vətəndaşları hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına əməl etməyə çağırdı - Video

saytların hazırlanması

Evə çatdırılma

FHN vətəndaşları hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına əməl etməyə çağırdı - Video

Hadisə

24 Fevral 2021 19:00 870


Xəbər verildiyi kimi, dünən axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən köməksiz vəziyyətdə qalma, o cümlədən yolların buz bağlaması ilə əlaqədar baş verən avtonəqliyyat hadisələri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin qüvvələri tərəfindən müvafiq xilasetmə əməliyyatları həyata keçirilir. pizza mizza

Bir daha vətəndaşlara müraciət edərək piyada hərəkət edərkən və ya sükan arxasında ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!