Qərb yeni tələblər irəli sürərsə, Türkiyə və Suriya silahlı qüvvələri PKK-ya qarşı genişmiqyaslı hərbi əməliyyat keçirəcək.
Yenisabah.az “Hürriyet”ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Ankara Suriyadakı kürd silahlılarına ultimatum verib: Dominos pizza
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib. Əgər PKK-YPG silahı yerə qoymasa, Suriyada başqa administrasiyada israr etməyə davam edərsə və Qərb dövlətləri bu istiqamətdə tələblər irəli sürərsə, Suriya dövləti ilə birgə genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq”.
Nazir söhbətin Qərbin hansı tələblərinin müzakirə oluna biləcəyini dəqiqləşdirməyib.
Telegram kanalımız