“SDQ səbrin tükənmək üzrə olduğunu anlamalıdır”.
“Yeni Sabah” xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT World" kanalına müsahibəsində bildirib.
O, Ankaranın Suriyanın şimalında fəaliyyət göstərən, YPG terror təşkilatının qolu hesab edilən "Suriya Demokratik Qüvvələri"nə (SDQ) qarşı yenidən hərbi əməliyyat aparmaq istəmədiyini qeyd edib. pizza
Bununla belə, nazir 10 mart tarixli inteqrasiya razılaşmasının icrasında yaranan gecikmələr ucbatından “aidiyyəti tərəflərin səbrinin tükənmək üzrə olduğunu” vurğulayıb.
Fidan qeyd edib ki, Ankara məsələlərin dialoq, danışıqlar və sülh yolu ilə həllinə üstünlük verir:
“Biz yenidən hərbi üsullara əl atmaq məcburiyyətində qalmaq istəmirik. Lakin SDQ aidiyyəti aktorların səbrinin tükənməkdə olduğunu anlamalıdır”.
SDQ-yə xəbərdarlıq edən Türkiyə XİN başçısı əlavə edib ki, təşkilat 10 mart razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu mərhələyə çatıb:
“Hər kəs bu razılaşmadan kənara çıxılmasını istəmir. Gecikmə və təhriflər olmadan razılaşmaya əməl edilməsini gözləyirik”.
İlhamə Qasımlı
Telegram kanalımız