Fidanla Ərdoğanın arasını vurmaq istəyirlər - Köşə yazarı

saytların hazırlanması

Evə çatdırılma

Fidanla Ərdoğanın arasını vurmaq istəyirlər - Köşə yazarı

Dünya

21 Avqust 2025 14:36 312


"Türkiyə müxalifəti xarici işlər naziri Hakan Fidanı hədəfə alıb, XİN rəhbəri ilə Rəcəb Tayyib Ərdoğanın arasını vurmağa çalışır.

Yenisabah.az xəbər verir ki, bunu “Hürriyet” qəzetində Abdulkadir Selvi yazıb.

Bundan əvvəl bir sıra müxalifət mediası Türkiyənin ABŞ-dəki keçmiş səfiri Namık Tana istinadla Fidanın ali təhsil diplomunun etibarlılığının araşdırılmasının zəruriliyi ilə bağlı yazılar dərc etmişdi. Sezar pizza

Türkiyə XİN-dəki mənbə "RIA Novosti"-yə bildirib ki, Fidan ali təhsil diplomu ilə bağlı bir sıra əsassız ittihamlarla üzləşib. Bu kampaniyanı FETÖ həyata keçirir.

Selvi yazıb: "Fidanı ilk hədəfə alan Özgür Özel olub. Türkiyədə gündəmdə prezident seçkiləri olmadığı və hakim partiyanın prezidentliyə namizədinin məlum olduğu bir vaxtda o, Hakan Fidanla bağlı paylaşım edib. “Sən prezident olmayacaqsan!”.

Köşə yazarının sözlərinə görə, hakim partiyanın prezidentliyə namizədi Ərdoğandır: 

"Özgür Özəl bunu çox yaxşı bilir. Bəs niyə belə edir? O, prezident Ərdoğanla xarici işlər naziri Hakan Fidanı toqquşdurmaq istəyir".

Xatırladaq ki, Ərdoğan daha əvvəl Özəli "psixiatriya elminin obyekti" adlandıraraq, onun "qulağının dibinə qədər palçığa bulaşdığını" vurğulamışdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!