FIDE azərbaycanlı mütəxəssisi ilin məşqçisi adına layiq görüb

saytların hazırlanması

Evə çatdırılma

FIDE azərbaycanlı mütəxəssisi ilin məşqçisi adına layiq görüb

İdman

27 Yanvar 2024 19:12 714


Beynəlxalq qrosmeyster Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasından məlumat verilib. 

Məlumata görə, əməkdar məşqçi 2023-cü ilin ən yaxşı mütəxəssislərinin siyahısında göstərilib. Marqarita pizza

Qeyd edək ki, C.Ağarəhimov beynəlxalq qrosmeyster və ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrosmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!