FİDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

FİDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik etdi

İdman

23 Oktyabr 2022 11:57 958


İtaliyada 20 yaşadək şahmatçılar arasında dünya çempionatının bağlanış mərasimi keçirilib. 

Yenisabah.az Azərbaycan Şahmat Federasiyasının saytına istinadən xəbər verir ki, mötəbər yarışın qalibi olan Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyliyə qızıl medal və kubok təqdim olunub.

Dünya çempionlarının şərəfinə Azərbaycan himni səsləndirilib. Marqarita pizza

Bağlanış mərasimindən sonra FİDE prezidenti Arkadi Dvorkoviç azərbaycanlı dünya çempionlarını tarixi qələbə münasibəti ilə təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!